İsveçrə Bankında Rusiyanın 49 milyard dollar aktivləri var

11:34 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  İsveçrə hökuməti ölkənin banklarında mövcud olan Rusiya sərvətləri ilə bağlı indiyədək ən ətraflı açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, İsveçrə Dövlət İqtisadiyyat Katibliyi (SECO) elan edib ki, 123 Rusiya vətəndaşının və ya qurumunun ölkə banklarındakı ümumi aktivləri 49 milyard dollar təşkil edir.

Sanksiyaya məruz qalan məbləğ Rusiyanın İsveçrədəki bütün aktivlərinin yalnız bir hissəsidir.
Rusiya Ukraynanı işğal etdikdən sonra İsveçrə banklara ruslardan 106 000 dollar yüksək məbləğləri qəbul etməyi qadağan edib.

Bütün xəbərlər