Salyandakı bu yataq özəlləşdiriləcək

11:48 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 6-da yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

ABC.AZ Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən xəbər verir ki, hərracda 8 lot üzrə Salyan rayonu “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq. Lotların başlanğıc qiymətləri 60 850 manat - 121 700 manat civarındadır. 

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz

Bütün xəbərlər