Ceff Bezos və İlon Mask Bakıya gəlir?

12:00 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. “Amazon İnternet Korporasiyası”nın rəhbəri Ceff Bezos və Space X-in təsisçisi İlon Mask Bakıya gələ bilər.

ABC.AZ xəbər verir ki, onların 2-6 oktyabr 2023-cü il tarixlərində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Bakıya gəlmələri ehtimal olunur.

Bunu “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov Azərbaycanda akkreditə olunmuş diplomatlarla görüş zamanı bildirib.

Bütün xəbərlər