Azərbaycan 9 ayda Rusiyadan “Premium Euro-95” markalı benzin idxalını - 22% ARTIRIB

12:36 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında 85 min 245,08 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 27% azdır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $87 milyon 98,29 min (artım 1,7%) təşkil edib.

Rusiyadan $60 milyon 676,56 min dəyərində (artım 1,8 dəfə) 58 min 892,2 ton benzin (artım 21,8%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 69,1%-i bu ölkənin payına düşüb.

Rumıniyadan $6 milyon 505,55 min dəyərində 7 min 286,18 ton, Bolqarıstandan $11 milyon 846,11 min dəyərində 10 min 456,7 ton, Türkmənistandan $7 milyon 747,05 min dəyərində 8 min 196,25 ton, Belarusdan $323,02 min dəyərində 413,75 ton benzin idxal edilib.

Bütün xəbərlər