ABŞ bu səbəbdən Rusiya neftini almayacaq

14:46 - 6.12.2022


6 dekabr, Fineko/abc.az.  ABŞ administrasiyası ölkənin strateji ehtiyatını artırmaq üçün Rusiya nefti almayacaq.

ABC.AZ xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pierre bildirib.

O, bildirib ki, Birləşmiş Ştatlar mart ayında Ukraynadakı münaqişə ilə bağlı daha sərt sanksiyalar çərçivəsində Rusiyadan neft, neft məhsulları, LNG və kömür idxalına qadağa qoyub.

Qeyd edək ki, bununla yanaşı Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır. Eyni zamanda, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı isə dəniz daşımalarına 60 dollar qiymət limiti tətbiq edib.

Bütün xəbərlər