"Bizim market alıcıları aldadır? - Aparıcıdan xəbərdarlıq

06.12.2022,17:30


 6 dekabr, Fineko/abc.az. "Bizim market"lərdə ikiqat diqqətli olmaq lazımdır! Məhsulun keyfiyyəti, istifadə müddəti bir başqa, kassada diqqətli olun!" 

ABC.AZ xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Elçin Əlibəyli yazıb. Aparıcı bildirib ki, bu gün "Bizim market"də onun alış-verişi 55.73 qəpik artıq hesablanıb:

"Bu gün 122.53 manatlıq alış-verişdə "Bizim market" ("Yasamal-2" filialı) 55.73 artıq hesabladı. Təkrar qayıdıb, haqqımı tələb etmək üçün vaxtım və əsəbim getdi. Hesablamanı və kod oxumanı da maşın edir, niyə bu məbləğdə artıq çıxmalıdır? Bu "Bizim market"də başıma gələn dördüncü eyni olaydır. Amma əvvəl fərq 12, 6, 4 manatla kifayətlənirdi, indi bunun da dərəcəsini artırıblar. Artıq məcbur oldum bunu yazım və  İNAİBNDX-a müraciət edim".