Azərbaycanda hökumət, onun qurumları və dövlət müəssisələri arasında idarəetmənin təkmilləşdirilməsinə dair məsələyə baxılacaq

11:29 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Dünya Bankı ilə birlikdə Bakıda “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçirəcək.

Komitənin məlumatında deyilir ki, konfrans iyunun 12-də keçiriləcək.

“Konfransda dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün maliyyə monitorinqi alətləri və sistemi təqdim edilərək, Hökumət, onun qurumları və dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat axınının inzibatçılığını təkmilləşdirmək və Azərbaycanda dövlət müəssisələrinə dair islahatların aparılmasının davam etdirilməsi barədə qərarların qəbul edilməsi sahəsində müzakirələr təşkil ediləcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər