Ötən 10 ayda bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat yönəldilib – Nazir müavini

14:44 - 7.12.2022


7 dekabr, Fineko/abc.az .Ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artıb.

ABC.AZ xəbər verir ki, bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,2 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 9,7 faiz artıb. Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dekabrın 7-də “Azərbaycan Yaşıl inkişafa doğru” hesabatının təqdimat mərasimində deyib.

O bildirib ki, on ayda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox vəsait yönəldilib. “İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının uğurla reallaşdırılması istiqamətində tədbirlər nəticəsində cari ilin on ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi 46,3 milyard ABŞ dolları təşkil edib, o cümlədən 23,1 milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranıb. Qeyri-neft-qaz ixracı 16,2 faiz artaraq 2,4 milyard ABŞ dolları olub”- deyə S.Bəşirli deyib.

Bütün xəbərlər