Azərbaycan Rusiya turistlərinin 2018-ci ildə istirahəti üçün seçdikləri ölkələrin onluğuna daxil olub

11:35 - 11.06.2018


11 iyun, Fineko/abc.az. “TurStat” Analitik Agentliyi 2018-ci ilin I rübündə Rusiyadan getmə turizm ölkələrinin reytinqini təqdim edib.

Agentliyin məlumatında deyilir ki,  Azərbaycana səfərlərin sayı 147 min təşkil edib ki, bu da keçən ilin göstəricisindən 6% çoxdur.

“Xarici turların artmasında  Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə liderdir. Rusiya turistləri arasında Abxaziya, Finlandiya, Qazaxıstan, Tayland, Ukrayna, Çin, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Polşa, Türkiyə, İtaliya, Vyetnam, Gürcüstan və Azərbaycan ilin ilk üç ayının nəticələri üzrə ilk 15 ölkə sırasındadır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Rusiyadan getmə turizm səfərlərinin sayı ilin ilk üç ayı ərzində 12% artaraq 7,5 milyona qədər çatmışdır, keçən il isə 40 milyon təşkil etmişdir.

 

Bütün xəbərlər