Nazirlik: “Aztelekom”un baş direktoru işdən çıxarılmayıb"

14:54 - 7.12.2022


7 dekabr, Fineko/abc.az.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib. 

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlikdən "Report"a bildirilib ki,  yayılan məlumatlar həqiqəti əks etdirmir.

"K.Mueller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir", - deyə qurum bəyan edib. 

****

 

“Aztelekom” MMC-nin baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

ABC.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

Bütün xəbərlər