Bakıdakı məşhur zavodun rəhbərliyində dəyişiklik – Yeni direktor təyin edildi

07.12.2022,15:12


7 dekabr, Fineko/abc.az. Bakıdakı NZS pivə zavodunun rəhbərliyində dəyişiklik baş verib.

ABC.AZ xəbər verir ki, zavodun baş direktoru Səbuhi Hüseynov Tahir oğlu işdən çıxıb. Bundan sonra isə Rüfət Gözəlov Ruslan oğlu NZS Pivə Zavodu, yaxud hüquqi adı ilə Azəri MMC-nin baş direktoru təyin edilib.
Xatırladaq ki, Azəri MMC 2005-ci ildə təsis edilib və onun nizamnamə kapitalı 569 767 manat nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda “NZS Beer” brendi ilə pivə istehsalı ilə ixtisaslaşıb.