Ermənilər Kəlbəcərdəki məntəqəmizi atəşə tutub – Ordumuz cavab tədbirləri görüb

16:05 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Dekabrın 7-si saat 12:45 radələrində ermənilər yenidən təxribata əl atıb. 

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qeyd olunan saatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər