DSMF-də nöqsanlar aşkarlandı – Palata hesabat açıqladı

16:39 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) aparılan yoxlamaların nəticəsini açıqlayıb.

ABC.AZ Palatanın məlumatına istinadən xəbər verir ki, yoxlama 2021-ci ildə fondun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətini əhatə edib. Amma yoxlama pensiya və müavinətlərin təyin edilməsi mövzusuna toxunmayıb.

Hesabatda qeyd olunub ki, 2021-ci il üçün DSMF-nin icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. 

Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib.

Bütün xəbərlər