Azərbaycan Rusiya sülhməramlılarına xəbərdarlıq etdi

16:41 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutdu.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib. 

Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılıb.
"Ümid edirik ki, sabahdan işlərimizi davam etdirəcəyik", - Məsim Məmmədov əlavə edib.

Bütün xəbərlər