Çirkli pulların həcmi artmaqdadır - Deputat

16:58 - 7.12.2022


7 dekabr, Fineko/abc.az. “1989-cu ildə maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FAT) yaradılan zaman dünyada çirkli pulların həcmi 50 milyard dollar idi”. 

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Vüqar Bayramov bildirib. 

O qeyd edib ki, hazırda qlobal maliyyə federasiyasının hesablamalarına görə bu 1 trilyon dollara qədər yüksəlib: “Bu isə ondan xəbər verir ki, baxmayaraq ki, qlobal səviyyədə yeni qaydalar və sənədlər qəbul olunur, amma çirkli pulların həcmi artmaqdadır. Qlobal səviyyədə çirkli pulların dövriyyəsi ilə mübarizə effektiv deyil. Yerli səviyyədə baxsaq, etiraf etmək laızmdır ki, Azərbaycan çirkli pulların yuyulmasına qarşı daha effektiv mübarizə aparan ölkələrdən biridir”.

Bütün xəbərlər