Ramin Quluzadə: Azərbaycanda daşımaların 90%-i avtomobil nəqliyyatına düşür

12:12 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Bu gün Bakıda “Nəqliyyat, Tranzit və Loqistika” TransCaspian / Translogistica 2018  17-ci Xəzər Beynəlxalq Sərgisi işinə başlayıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə açılışda qeyd edib ki, Hökümət təhlükəsiz nəqliyyat sisteminin yaradılması və logistikanın inkişafına böyük əhəmiyyət verir.

“Hazırda ölkədə daşımaların 90%-i avtomobil nəqliyyatına düşür”, - nazir bunu deyib.

Onun sözlərinə görə, ölkə bir sıra böyük nəqliyyat layihələrinin təşəbbüskarıdır. Bakı-Tbilisi-Qars layihəsinin regional əhəmiyyətini qeyd etdi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını regionda ən əhəmiyyətli nəqliyyat kompleksi adlandırıldı.

“TransCaspian / Translogistica” ilə eyni meydançada  8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi Road&Traffic 2018 və “Katerlər və Yaxtalar” 5-ci Yubiley Xəzər Beynəlxalq Sərgisi  CIBS 2018 keçiriləcək.

 

Bütün xəbərlər