Son 9 ayda mənfəəti artan Banklar - Siyahı 

08.12.2022,10:03


8 dekabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 18-nin bu ilin yanvar-sentyabr aylarındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Turan Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank VTB Azərbaycan”, “Naxçıvan Bank”, “Rabitəbank”, “Bank of Baku”, “Zıraat Bank Azərbaycan”, “PAŞA Bank”, “Bank Respublika”, “Kapital Bank”, “Günay Bank”, “Xalq Bank”, “Express Bank”, “AFB Bank”, “Muğan Bank” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (5,3 dəfə), ən aşağı dinamika isə ABB-də (6,5%) qeydə alınıb.

2 bankın – “Premium Bank” və “Yelo Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Yelo Bank”da (71,5%), ən az azalma isə “Premium Bank”da (42,7%) qeydə alınıb.