Rusiya şirkəti Azərbaycan bazarını tərk edir    

10:37 - 8.12.2022


8 dekabr, Fineko/abc.az   Kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr, bioloji peraparatlar istehsal edən Rusiyanın "Şolkovo Aqroxim" Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasındakı Nümayəndəliyini ləğv edir.

ABC.AZ xəbər verir ki, bu barədə Nümayəndəliyin elanında bildirilir. 

"Şolkovo Aqroxim" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 169, mənzil 6 ünvanına bildirə bilərlər",- elanda bildirilir.

Bütün xəbərlər