Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

08.12.2022,11:01


8 dekabr, Fineko/abc.az.  Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,76 dollar azalaraq 80,33 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.