2026-cı ilə qədər turizm gəlirlərimiz 4 dəfə artacaq - Agentlik sədri  

08.12.2022,11:11


8 dekabr, Fineko/abc.az    İlin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib. Agentlik sədiri bildirib ki, turizm sənayesi 50 faiz bərpa olunub. Onun sözlərinə görə, turizmin inkişafı üçün 10 istiqamət müəyyənləşdirilib:

"Bu istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib. Hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon nəfərə, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edirik ki, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq və bunun da 5,5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək".