Bakıda və Abşeronda yarmarkalar keçiriləcək - Ünvanlar

11:36 - 8.12.2022


 8 dekabr, Fineko/abc.az. 10-11 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

ABC.AZ xəbər verir ki, Bakı və Abşeron ərazisində baş tutacaq yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan gələcək 70-dən artıq fermer tərəfindən 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. 

Qeyd edək ki, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. 

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Bütün xəbərlər