Türkiyə Azərbaycana bu avadanlıqların ixracını artıracaq 

12:07 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artıraraq 188,7 milyon dollara çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, noyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 16 faiz artıraraq 17,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bütün xəbərlər