Azərbaycanda bu bankın daşınar əmlakı satılacaq – Hərrac

12:17 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə 28 dekabr 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, 28 dekabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır. 

Daşınar əmlaklar 45 adda müxtəlif növ komputer avadanlıqlarıdır.

Daşınar əmlakların ilkin satış qiyməti 14146 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.
Ünvan Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir (“AVİS” aptekin arxası).

Bütün xəbərlər