“Zeytun” və “Klover” apteklərində nöqsanlar aşkarlandı – Tədbirlər görüldü

12:23 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib.

ABC.AZ xəbər verir ki, Agentliyin nöqsanlar aşkarladığı müəssisələr siyahısında Bakıda fəaliyyət göstərən apteklər də var.

Belə ki, Nizami rayonundakı “Zeytun” və “Klover” apteklərdə satışda Azərbaycan dilində markalanması olmayan məhsulların olduğu müəyyənləşib. Xətai rayonundakı “Aptek 110″da isə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb.
Bakının mərkəzində – Səməd Vurğun küçəsində fəaliyyət göstərən “Avis” aptekdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həm də Azərbaycan dilində markalanması olmayan məhsulların satışı aşkarlanıb.

Agentlikdən verilən məlumata əsasən, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər