Ölkədə kvota üzrə 66 min iş yeri mövcuddur – Agentlik sədri

14:08 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. "Əsas məqsədimiz vətəndaşlarımızı işlə təmin etməkdir".

ABC.AZ xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” tədbirində deyib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi əmək bazarında həssas qrupdan olan şəxsləri işlə təmin etməkdir:

"Məqsədimiz ölkədə əmək bazarını maksimum güclü etməkdir. Çünki həssas qrupa aid olan şəxslərin işə cəlb edilməsi bizim üçün çox önəmlidir. Ölkədə hazırda kvota üzrə 66 min iş yeri mövcuddur. Bunlardan demək olar ki, böyük əksəriyyəti dolub”

Bütün xəbərlər