Britaniya şirkəti Azərbaycanda daha bir qızıl zonası aşkar edib

14:14 - 8.12.2022


8 dekabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.

ABC.AZ xəbər verir ki, bu barədə mədən şirkətindən bildirilib.

Məlumata görə, “Anglo Asian” Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət "Gilar"da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.

"Ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır",- deyə “Anglo Asian”dan bildirilib.

Bütün xəbərlər