Rusiya bu addım üçün cavab tədbirləri hazırlayır – Siluanov

08.12.2022,15:08


8 dekabr, Fineko/abc.az. Rusiya Maliyyə Nazirliyi Rusiya neftinə qiymət tavanının tətbiqinin büdcəyə təsirini qiymətləndirməyi tez hesab edir, 

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Anton Siluanov bildirib. O, bildirib ki, hazırda Rusiya bu addım üçün cavab tədbirləri hazırlayır.

"Hələlik büdcəyə təsir barədə danışmaq tezdir. Biz indi şirkətlərimizin tavanın tətbiqinə necə reaksiya verəcəyi ilə bağlı cavab, qarşılıqlı tədbirlər hazırlayırıq", - Siluanov bildirib. 
O qeyd edib ki, yaxın vaxtlarda belə tədbirlər elan olunacaq.