Azərbaycanda vergi ilə bağlı yeni elektron xidmətlər yaradılır

08.12.2022,15:29


8 dekabr, Fineko/abc.az. Vergi inzibatçılığının elektron platformasının və infrastrukturunun rəqəmsallaşması səviyyəsinin artırılması, rəqəmsal vergi inzibatçılığına keçidin sürətləndirilməsi və bu çərçivədə vergiödəyicilərinə təqdim edilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi vergi orqanının prioritet istiqamətlərindən biridir.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, rəqəmsal texnologiyaların tətbiqi, vergilərin hesablanması və ödənilməsi üzrə elektron sistemlərin təkmilləşdirilməsi qarşıdakı dövrdə də vergi orqanlarının diqqət mərkəzində olacaq.

Qeyd olunub ki, əvvəlcədən doldurulmuş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi həm sahibkarların, həm vergi xidmətinin işinin əsaslı şəkildə yüngülləşməsinə, eləcə də könüllü əməletmə səviyyəsinin artmasına töhfə verə bilər.