İqtisadi göstəricilərinə görə ən zəif və ən güclü şəhərlər- Siyahı

08.12.2022,16:13


8 dekabr, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyatın həcminə görə ən güclü və ən zəif şəhər və rayonlar məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin 3-cü rübünün sonuna olan vəziyyətə görə, ölkə üzrə malların istehsalı və xidmətlərin göstərilməsi həcmi 64 milyard 132 milyon manat təşkil edib.
Bunun  56 milyard 118 milyon manatı və ya 87,5%-i Bakı şəhərinin payına düşür.
Bakıdan sonra ölkənin iqtisadi cəhətdən ən böyük şəhəri Sumqayıtdır – 2,9 milyard manat. Sonrakı yerləri Abşeron (522 milyn manat) və Gəncə (483 milyon manat) tutur. İqtisadi cəhətdən ən zəif rayon və şəhərlər isə (işğaldan azad olunan ərazilərdən başqa) Yardımlı (4,1 milyon), Naftalan (4,7 milyon), Qobustan (4,3 milyon) və Lerikdir (5,8 milyon manat).