MTK-larla bağlı mühüm yenilik

16:51 - 8.12.2022


8 dekabr, Fineko/abc.az . Mənzil-tikinti kooperativlərinə üzvlüklə bağlı yeni qayda müəyyən edilir.

ABC.AZ xəbər verir ki, bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, mənzil tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir.
Hazırki məcəllədə bu cür tələb qoyulmur.
Dəyişiklik layihəsi dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Bütün xəbərlər