Hava Limanına metro çəkilişi turizmin inkişafına səbəb ola bilər 

17:00 - 8.12.2022


8 dekabr, Fineko/abc.az .Xəbər verdiyimiz kimi, Bakıda  "Azərbaycan Turizm Sammiti" keçirilib.

ABC.AZ xəbər verir ki, sammitdə bir sıra məsələlər müzakirə edilib, maraqlı açıqlamalar verilib.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına metronun çəkilişi turizmin inkişafına səbəb ola bilər.

"Bunu bir çox ölkələrdə müşahidə edirik, bizdə də reallaşmasını çox istərdik", -deyə o bildirib.
G. Qəhrəmanov vurğulayıb ki, həmçinin regionalara sürət qatarlarının olması çox vacibdir: "Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki, həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istəyərdik ki, logistika məsələsində aktivlik olsun".

Bütün xəbərlər