Avropa İttifaqı ölkələri borca girir  

10:17 - 9.12.2022


  9 dekabr, Fineko/abc.az Avropa İttifaqı ölkələri öhdəliklərini yerinə yetirmək üçün gələn il maliyyə bazarlarından rekord məbləğdə - 1 trilyon 200 milyard avro borc götürməli olacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Fransanın "Les Echos" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa ölkələrinin borclanma ehtiyacları 2023-cü ildə cari illə müqayisədə 5% artacaq.

Nəşr bu cür rekord rəqəmləri enerji tariflərinin yüksəlməsi ilə əlaqədar əhaliyə kompensasiya ödənişlərinin artması ilə əlaqələndirir.

Qeyd edilib ki, Aİ ölkələri öz həmvətənlərini elektrik enerjisi, neft və qazın bahalaşmasından qorumaq üçün bahalı tədbirlər görməli olub.

Bütün xəbərlər