Azərbaycan neftinin gələn il üçün qiyməti 50 dollar götürüldü

14:18 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu rəqəm Milli Məclis tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə dövlət büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılıb.

Bütün xəbərlər