Ölkədə əmək müqavilələri ilə işləyənlər artır - Hesabat  

15:44 - 9.12.2022


9 dekabr, Fineko/abc.az    Azərbaycanda əmək müqavilələrinin sayı dekabrın 1-nə 1 741 468 olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artım deməkdir.  

Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.

Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.

Bütün xəbərlər