"Teleradio"-nun rəhbəri vəzifəsindən azad olundu - Yeni təyinat

16:08 - 9.12.2022


9 dekabr, Fineko/abc.az   Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.
Qeyd edək ki, o, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Bütün xəbərlər