ATEF Şirkətlər Qrupu da məhkəməyə verildi

17:02 - 9.12.2022


9 dekabr, Fineko/abc.az. “ATEF Şirkətlər Qrupu” MMC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 491.3-cü  maddəsinə görə  müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə baxılacaq.

Bütün xəbərlər