Bakıda avtobus sürücüləri üçün tələblər sərtləşdirilir

15:44 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, ötən səkkiz ay ərzində paytaxtın müntəzəm sərnişin marşrutlarında çalışan 1,356 sürücü Agentliyin Tədris Mərkəzində xüsusi təlim keçib.

“Təlimi müvəffəqiyyətlə bitirən sürücülərə sertifikatlar verilib və onların adları peşə sürücülərinin məlumat bazasına daxil edilib. Paytaxtda fəaliyyət göstərən xətlərdə təxminən 3060 sürücü işləyir və onların hamısı təlim keçəcək. Təlim keçə bilməyənlər təkrar müraciət edə bilərlər”, - deyə M.Ağayev bildirib.

Onun sözlərinə görə, BNA gələcəkdə vahid sürücü bazası və onların işə qəbul edilməsi üzrə vahid  sistem yaratmağı planlaşdırır.

 

Bütün xəbərlər