“Skoda Auto” şirkəti Çindən çıxmağı düşünür

17:18 - 12.12.2022


12 dekabr, Fineko/abc.az. Çexiyanın avtomobil istehsalçısı “Skoda Auto” şirkəti Çindən çıxmağı düşünür. Yekun qərar gələn il veriləcək. 

ABC.AZ xəbər verir ki, bu barədə baş direktor Klaus Zellmer bildirib.

O, bildirib ki, çox çətin rəqabət var, ona görə də biz Çin birgə müəssisəsindəki tərəfdaşımızla birlikdə bundan sonra nə edəcəyimizi düşünəcəyik.
K.Zellmer əlavə edib ki, Skoda indi daha çox Hindistana diqqət yetirmək istəyir.
"İndiyədək strategiyada mümkün dəyişikliklə bağlı heç bir qərar verilməyib", - şirkət izah edib.

Bütün xəbərlər