Prezident Nərgiz Paşayeva barədə Sərəncam verdi

10:02 - 13 Dekabr 2022


13 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev akademik Nərgiz Paşayeva barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın 60 yaşı tamam olur.