İyunun 12-nə olan hava haqqında məlumat

16:15 - 11.06.2018


11 iyun, Fineko/abc.az. İyunun 12-də Bakıda və Abşeronda hava tutulub açılacaq, arabir yağış yağacaq, şimşək çaxacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27,  Bakıda gecə 17-19, gündüz 24-26 dərəcəyə yüksəlləcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Abşeronun şimal  çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində  nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarınagəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər