Azad olunmuş bu ərazilərə turlar təşkil ediləcək

10:56 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb, Şuşa şəhərinin və Daşaltı kəndinin turizm inkişaf planını hazırlayaraq aidiyyəti üzrə təqdim edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkil edilməsi üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər.

Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.

Bütün xəbərlər