AMB-in 250 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

11.06.2018,17:15


11 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, iyunun 13-də  50100170S  dövlət nömrəli notların yerləşdirilməsin üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notların həcmi, hər birinin nominal dəyəri 100 manat olmaqla, 250 milyon manat təşkil edəcək. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.

 

 

Açar sözlər: qısamüddətli notları