Azərbaycan və Qazaxıstan ilin sonuna qədər Hökumətlərarası Komissiyanın iclasını keçirəcəklər

17:48 - 24.10.2017


Energetika  naziri Pərviz Şahbazov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib. Görüş gedişatında nazir Şahbazov bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə  Birgə Hökumətlərarası Komissiyanın növbəti, 14-cü iclası  ilin sonuna qədər keçiriləcək.

Məlumatda deyilir: “İki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi-ticari əməkdaşlığın genişləndirməsi məqsədilə konkret sahələr və istiqamətlər üzrə hazırlanan “yol xəritəsi” ilə bağlı müzakirələr aparılıb. Yeni təkliflər əsasında sənədin bir daha nəzərdən keçirilməsi və ilin sonuna kimi Hökumətlərarası Komissiyanın iclasının təşkilinin vacibliyi qeyd olunub”.

Həmçinin bildirilir ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair məsələlər  barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

 

Bütün xəbərlər