Ağdam və Füzulidə yeni muzeylər tikiləcək

11:47 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri, Pənahəli xanın sarayı bərpa olunur.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Beynəlxalq Hava Limanında görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə söyləyib.

O, bildirib ki, Ağdam və Füzulidə yeni muzeylərimiz olacaq. Eyni zamanda, hazırda Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkı müfəssəl layihə planının hazırlanması mərhələsindədir.

Yenidənqurma və inkişaf prosesləri ilə bağlı əsas hədəfləri qeyd edən E.Hüseynov deyib:

“Ağıllı şəhərlərin qurulması və vətəndaşlarımıza yüksək həyat standartlarının çatdırılması əsas məqsədimizdir. Azad edilmiş ərazilərə innovasiyalar gətirmək, daha yaxşı infrastruktur qurmaq və sənaye inkişafının dəstəklənməsi vacibdir. Biz, eyni zamanda, yaşıl enerji infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etməyi hədəfləyirik”.

Bütün xəbərlər