Türkiyənin dəstəyi ilə Azərbaycanda iki tarixi abidə bərpa olunur

16:05 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Mədəni irsin qorunması, bərpası sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində vacib addımlar atılmaqdadır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O, TİKA ilə əməkdaşlıq məsələlərinə toxunub: "Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir. Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır".

Rəis müavini arxeoloji abidələrdən əldə olunan maddi-mədəniyyət nümunələrinin daha dəqiq tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşündüklərini deyib: “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün müraciət etmişik".

Bütün xəbərlər