Zirvə toplantısının yekununda Donald Tramp və Kim Çen In sənəd imzaladılar

11:22 - 12.06.2018


12 iyun, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In, Sinqapurda ilk ikitərəfli zirvə toplantısının nəticələri haqqında  sənəd imzaladı.

İmzalanma mərasimindən sonra  Donald Tramp söylədi ki, sammitin müvəffəqiyyətləri ilə qürur duyur.

O həmçinin qeyd etdi ki, yekun sənədin hazırlanması xoşməramlıq tələb etdi, lakin hər iki tərəf nəticələrdən təsirlənmişlər və bundan sonra ABŞ ilə KXDR arasındakı münasibətlər “tamamilə fərqli bir müstəvidə”  inkişaf edəcəkdir.

Donald Tramp birgə imzalanmış sənədi  “böyük və təhlükəli problemin”  həllinin öhdəsindən gələ biləcək  “əhəmiyyətli, hərtərəfli və ətraflı” sənəd adlandırıb.

Bunan əlavə, Donald Trump KXDR liderini Ağ Evə dəvət etməyə hazır olduğunu söylədi.

Ayrıca, ABŞ prezidenti, Koreya yarımadasının denuklearizasiya prosesinin “çox, çox yaxında” başlayacağını söylədi.

Öz növbəsində, Kim Çen In, Donald Trampa tarixi görüş üçün təşəkkür etdi və tərəflərin “keçmişi geridə buraxmaq” qərarını qəbul etdiklərini bildirdi. Onun sözlərinə görə, indi  “dünya böyük və möhtəşəm dəyişikliklər görəcək”.

İmzalanmış sənədin təfərrüatları hələ ki açıqlanmır.

İlk ABŞ-KXDR zirvə toplantısı, 12 iyun 2018-ci il tarixində Sinqapurun Sentosa kurort adasında Capella otelində keçirildi. Dialoq 1953-cü ildən etibarən rəsmi  müharibə vəziyyətində olan ölkələrin liderlərinin əl sıxması ilə başlandı.

 


Bütün xəbərlər