Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

16:44 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin erməni biznesmen Ruben Vardanyanın Rusiya Federasiyası vətəndaşlığından çıxarılmaqla bağlı müraciətini təmin edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu təsdiq edən fərman hüquqi informasiya portalında dərc edilib.

Həmin fərmanla iş adamı Konstantin Sidorovun Rusiya vətəndaşlığından çıxarılmaqla ilə bağlı müraciəti də təmin edilib.

Xatırladaq ki, bu ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.

Bütün xəbərlər