ABŞ Rusiyanın aktivlərinin müsadirəsini təsdiqləyir

16:24 - 23.12.2022


23 dekabr, Fineko/abc.az.  ABŞ Senatı Ukraynanın bərpasına kömək etmək üçün xərcləmək niyyətində olduqları dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə dair düzəlişi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə "The Washington Post"yazıb. Nəşr qeyd edib ki, dekabrın 23-də Nümayəndələr Palatasının da qanunu təsdiq edəcəyi gözlənilir.

Yeni düzəliş 2023-cü maliyyə ili üçün 1,66 trilyon dollarlıq federal büdcə layihəsinə daxil edilib. Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən sonra sənəd ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalı olacaq. Eyni zamanda, dövlət başçısı artıq Rusiyanın aktivlərinin müsadirə edilməsi ideyasını dəstəklədiyini bildirib.

Bütün xəbərlər