Dolların məzənnəsi Azərbaycanda eyni səviyyədə qaldı

12:45 - 12.06.2018


12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“İyunun 12-də  Mərkəzi Bank Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha öncə, iyunun 7-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər