TuranBank 26 yaşını qeyd edir

13:10 - 12.06.2018


12 iyun, Fineko/abc.az. Bank fəaliyyətinin 26 ili ərzində düzgün və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin bank sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərinə malik olan, eləcə də ictimaiyyət arasında etibarlı bank imicini qazanan maliyyə qurumuna çevrilmişdir.

Dövlət müstəqilliyimizin bərpa olunduğu dövrlərdə yaranmış ilk banklardan biri olan TuranBank fəaliyyəti ərzində uğurlu inkişaf yolu keçərək ölkənin paytaxtı və regionl mərkəzlərində yerləşən xidmət nöqtələri vasitəsilə müştərilərinə geniş çeşiddə bank məhsulları və xidmətləri təklif etmiş, qurduğu uğurlu beynəlxalq əlaqələri ilə partnyorlar arasında etibarlı tərəfdaşa çevrilmişdir.

Bank fəaliyyəti dövründə öz resurları, eyni zamanda yerli və xarici maliyyə institutlarından cəlb olunmuş güzəştli vəsaitlər hesabına real sektorda kreditləşmə fəaliyyətini həyata keçirmiş, kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək, yeni biznes sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə maliyyə dəstəyini əsirgəməmiş və gələcəkdə də bu istiqamətdə öz uğurlu fəaliyyətini davam etdirməyi hədəfləyir. 

Son dövrlərdə bank sektorunda yaşanan çətinliklərə baxmayaraq TuranBank inkişaf edən peşəkar komandası, səhmdarlarının və tərəfdaşlarının dəstəyi, eyni zamandamüştərilərinin etibarı sayəsində öz dayanıqlılığını təmin etmiş, davamlı maliyyə vasitəçiliyi potensialını saxlamış, həmçinin müştəri xidmətiniyüksək səviyyədə təmin etməyə müvəffəq olmuşdur.

Bu gün 16 satış nöqtəsindən ibarət xidmət şəbəkəsinə malik olan TuranBank ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməklə müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.

TuranBank adından 26 il ərzində qazanılmış uğurlarda payı olan hər bir şəxsə dərindən təşəkkür edir və bu dövr ərzində qazandığımız etimadı gələcəkdə dədoğruldacağımızaəminliyimizi bildiririk.

 

Bütün xəbərlər